Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır və orqanizmi gəncləşdirir.
Bu meyvənin tərkibində olan elementlərin ürək-damar sisteminə müsbət təsir etdiyi, qan damarlarının elastikliyini qoruduğu bildirilir.
Məlumata görə, alimlər onun tərkibində olan mikroelementləri hesablayıb. Nəticədə məlub olub ki, həmin elementlər ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır və immun sistemi gücləndirir.
Alma qabığı da almanın içinə nəzərən daha çox antioksidanta sahibdir. Cavanlıq meyvəsi hesab olunan alma ləzzətli dadı və sağlamlığa verdiyi faydaları baxımından ideal hesab olunur.
Alma böyrəkləri təmizləməkdə, xolesterolu aşağı salmaqda, baş ağrısını azaltmaqda, yüksək təzyiq probleminin həllində istifadə edilir. Bundan əlavə piylənmə xəstəliyi ilə müqayisədə əhəmiyyətli hesab olunur.
Diş sağlamlığı üçün alma qabığı çox faydalıdır. Beləki, almanı qabıqlı yedikdə dişlər təmizlənir və diş ətləri güclənir.
Hərəkətsiz olan həyat tərzində əzələ əriməsi olduqda həmin problemə maneə törədərək, bədənimizin daha yaxşı görünməsini təmin edir.
Alimlər müəyyən edib ki, alma həm də infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını alır.
Revmatizm, yuxusuzluq, yorğunluq, bağırsaqlarda olan qurdların tökülməsi, qəbizlik, soyuqdəymə və s. hallara qarşı da təsirlidir.
Tarix: 21.01.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Qidalanma və Dieta