Çərəzlərdən, xüsusilə onun qoz, fındıq və ya müxtəlif növlərindən istifadə ürəyə kömək edir.
Balanslı bir qidalanma kimi badam və çərəzlər xolesterola qarşı faydalıdır. Sağlam qidalanma növlərindən hesab olunan çərəzlər öldürücü ürək böhranlarına gətirib çıxaran qan laxtasının meydana gəlməsinə maneə törədir. Ayrıca ürək damarı olan çəpərlərin sağlam bir şəkildə qalmasına köməkçi olur.
İdeal bir şəkildə istifadə edildikdə və yararlandıqda, ət, yumurta və süd məhsullarının yerinə həmin doymuş yağları çərəzlərdən almaq olar.
Gündə təxminən 40-50 qram (bir ovuc) qoz, fındıq, fıstıq və badam istifadəsi ürək xəstəliyinə olan riski azaldır.
Hindistan qozu əslində bir meyvə olmasına baxmayaraq bəzilərinə görə bir fındıq növü olaraq qəbul edilir.
Amma ürək sağlamlığı ilə əlaqəli güclü təsiri yoxdur. Onda bol miqdarda doymuş yağ turşusu olduğu da bildirilir.
Tarix: 21.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta