Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzümün insan orqanizmi üçün faydası

Üzüm meyvəsi illərdir sağlamlıq məqsədi ilə istifadə olunan əsas meyvələrdən biridir. Üzümün tərkibi və xüsusiyyətləri geniş şəkildə araşdırılmış və tərkibində xeyli miqdarda fenolik maddə aşkar olunmuşdur. Bu maddələrin, insan orqanizmində ürək-damar sağlamlığının qorunmasına, erkən yaşlanma və xərçəng riskinin azaldılmasına çox faydalı təsirləri vardır.

Üzümün insan orqanizminə olan faydaları:

Dərini günəş şüalarının zərərli təsirlərinə qarşı qoruyur.
Allergik reaksiyaları azaldır.
İnsanda immunitet sistemini gücləndirir.
Xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.
Dərinin dəstək zülalları olan kolajen və elastikliyini qoruyaraq, yaraların yaxşılaşmasını dəstəkləyir.
Bədənin bənzərsiz həyat şifrəsi olan DNT -ni qoruyur; kollajen və elastinin parçalanmasına mane olur. Həmçinin dəri yaşlanmasının qarşısını alır.
Bundan əlavə dəridəki ləkələrin də azalmasını təmi edir.
Saç kökündəki epitel hüceyrələrini çoxaldaraq saç tökülməsini zəyiflədir.


Tarix: 21.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Qidalanma və Dieta
loading...