Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyni inkişaf etdirən qidalar

Bəzi insanlar var ki, qidalanma rejiminə laqeyd olurlar. Buda sonradan beyin inkişafında problemlər yaradır. Sabahları qida qəbulunu gec yerinə yetirənlər mövsümi meyvə, meyvə şirəsi və ya bir stəkan ilıq su içməyi vərdiş halına gətirməlidirlər. Məlumata görə beyni aşağıdakı qidalar da inkişaf etdirir:
-beyin inkişafı üçün bal, zəncəfil, reyhan, qara bibər də önəmli qidalardan hesab olunur. Zəncəfil beyində yeni idea və fikirlərin artmasına kömək edir;
-yer kökü xatırlama qabiliyyətinə kömək edir. Çünki, kökdə beyinə lazım olan və maddələr mübadiləsini canlandıran fermentlər vardır;
-məlumata görə ananas əzbərləmək üçün faydalıdır. Avokado meyvəsi isə qısa müddətli hafizə itgisi yaşayanlar üçün xeyirlidir. Çiyələk stressin təsirini azaldır.
Limon qavrama qabiliyyətini artırmağa kömək edir;
-soğan fiziki yorgunluğa qarşı faydalıdır. Bu tərəvəz beynin oksigen almasına yardım edir;
-beyin inkişafı üçün qara üzüm və müxtəlif çərəzlər faydalıdır. Xüsusən, qoz və fıstığın beyin inkişafı üçün xeyirli olduğu bildirilir;
-balıqda beyin hüceyrələrinin inkişafını təmin edən Omeqa-3 vardır. Bu baxımdan beyin inkişafı üçün həftədə ən azı bir dəfə balıq yemək məsləhətdir;
-yumurta içindəki kolin maddəsi ilə beyin hüceyrələrinin yenilənməsinə və güclənməsinə səbəb olur;
-yulaf, bədənə enerji verir. Hər gün naharda yulaf qəbuluna fikir vermək lazımdır;
-B1 vitamini əskik olması, yaddaşın normaldan zəif olmasına səbəb olur. Bunun üçün həftədə 2-3 dəfə lobyadan hazırlanan yeməklərə üstünlük verin;
-beynin ideal şərtlərdə işləməsi üçün su qəbulu vacibdir. Gündə ən azı 6-8 stəkan su içilməlidir;
-beyində qlükoza və oksigen olduğundan meyvələrdə olan şəkər qlükozaya çevrilir. Bu baxımdan meyvə qəbulu vacibdir.


Tarix: 21.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Qidalanma və Dieta
loading...