Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğru qidalanaraq xəstəlikləri yenin!

Doğru və düzgün qidalanaraq xəstəliklərə qalib gəlmək və ya həmin xəstəliklərin yaranma riskini azaltmaq mümkündür. Günümüzdə bəzi xəstəliklər var ki, həmin xəstəliklər bir çox yaş qrupunda nadir hallarda baş vermir.
Həmin xəstəliklərdən şəkərli diabet, ürək-damar, böyrək xəstəlikləri, sümük əriməsi xəstəliklərinin müalicəsi müasir dövrümüzdə öz aktuallığı ilə fərqlənir.
Bu baxımdan xəstəliyə görə qidalanma siyahısının tərtibi və hansı xəstəliklərə hansı qidaların xeyirli olduğunu bilmək vacibdir.
Diabet. Bu xəstəliyin tibbi qidalanma proqramı, dərman, insulin və idmanla birlikdə müalicə edildiyi bildirilir. Diabet xəstələrindən, qana sürətli qarışma xüsusiyyəti olan şəkər, bal, bəhməz, şirniyyat kimi qidalardan uzaq durmaları tövsiyyə olunur.
Diabet xəstələri elə qidalar qəbul etməlidirlər ki, insanın ehtiyacı olan enerji və qida elementlərini qarşılasın. Bu baxımdan onların gündə altı dəfə az miqdarda qidalanmaları lazımdır. Eyni tip qidalanmadan uzaq olmaları, hər porsiyada hər qida qrupundan istifadə etmələri məsləhət görülür. Bu zaman ideal çəki qorunmalı və dərman saatlarına uyğun yemək vərdişlərinə nail olunmalıdır.
Ürək – damar. Bu xəstəlikdə lifli qidaların artırılmasına, xüsusilə tərəvəz, meyvə və tam taxıllı məhsulların istifadəsinə üstünlük verilməsi lazımdır. Zeytun yağı başda olmaq üzrə maye yağlardan da istifadə edilməsi məsləhət görülür. Həddindən artıq yağlı yeməklər, doymuş yağla zəngin olan qidalar məhdudlaşdırılmalıdır. Duz istifadəsi azaldılmalı və ədviyyatlara daha çox fikir verilməlidir.
Böyrək. Bu xəstəlikdə isə xəstənin qan təzyiqinin çox tez-tez təqib edilməsi lazımdır. Bundan başqa xəstəliyin müşahidəsi zamanı fərqliliklərin olması bir qrup xəstələr üçün qidalanma planının dieta mütəxəssisləri tərəfindən fərdə xas olaraq tərtib olunmasına əsas verir.
Böyrək xəstəliyi olanlar zülallı yeməklərdən az istifadə etməli, hazır yeməklərdən, tərkibi bilinməyən qidalardan və duz istifadəsindən uzaq durmalıdırlar.
Sümük əriməsi. Bu cür xəstələr süd, qatıq, pendir, kefir kimi məhsulların istifadəsi artırılmalıdır. Hər gün orta hesabla 3-5 boşqab meyvə, 2-3 boşqab tərəvəz istifadəsi təmin edilməlidir.
Doymuş yağlardan, kalorisi yüksək yeməklərdən, kofeindən uzaq durulmalıdır. Aşağı kalsiumlu qidalanma forması isə bu xəstəliyin artmasına səbəb olar.


Tarix: 21.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Qidalanma və Dieta
loading...