Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəni bu qidalar cavanlaşdırır

Bildiyimiz kimi bədən sağlam olduqda insan özünü həmişə gənc və gümrah hiss edir.
Həmin istiqamətdə təsirli üsullar çoxdur. Bunların içində idman məşqlərini və düzgün qidalanmanı xüsusi qeyd etmək lazımdır.
Amerikalı pəhriz mütəxəssisləri bədənin gəncləşməsinə səbəb olan yeməklərə təbii dadlandırıcılardan üzvi südlərə kimi bir çox qidaları əlavə edib.
Bu qidalara yüksək antioksidant nisbətinə sahib olan bal, lutein, beta-karoten və E vitamini ilə zəngin olan üzvü südlər, sərbəst radikalları yox edən qırmızı lobya (paxla), ispanaq, yumurta və s. aiddir.
Məlumata görə həmin qidalar tərkibində olan faydalı maddələrlə insanı bir çox xəstəliklərdən qoruyur.
Məlumatda oda bildirilir ki, tam taxıllı qidalar (makaron və s.) xolesterolu salaraq infarkt riskini önləyir.
Ev mühitində bişirilən popkornda isə insan salamlığına xeyri olan polifenol maddəsinin olduğu bildirilir.


Tarix: 21.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta
loading...