Artıq çəki problemi yaşayanlara aid daha bir xəbər internetdə yayımlanıb. Xəbərdə bildirilir ki, alergiya testi keçmiş insanlarda mayalı yeməklərə qarşı həssaslıq müşahidə olunur. Mayalı qidalar əsrlərdir istifadə olunmağına baxmayaraq allergiyası olan kəslərdə artıq çəkiyə səbəb olur. Spirtli içkilərin fermentlərində və gündəlik olaraq istifadə etdiyimiz bir çox qidanın içərisində maya olduğu bildirilir. Bu qidalara çörəklər, peçenye unu, pendir, qatıq, kefir, ayran, krem, ət suyu həbləri, hazır salat sousları, tərkibində maya olan içkilər, xəmir məmulatları, peçenye, simit, turşu, sirkə, mayonez, ketçup, üzüm, konserv qidalar, qurudulmuş meyvələr, göbələk və s. məhsulların aid olduğu qeyd olunur.
Mayalı qidalara qarşı həssaslığınız varsa və davamlı olaraq köpmə, baş gicəllənməsi, yorğunluq, gözlərdə sulanma, mədə turşusu, ürək bulanması, dəri problemləri müşahidə oluna bilər. Mayalı qidaların tərkibində bir çox vitamin və mineralın yanında zülalın olması enerjini artırdığı və maddələr mübadiləsini sürətləndirdiyi bildirilir. Amma mayaya qarşı həssaslıq varsa bəzi yeməkləri sıra ilə qidalanmağınızdan çıxararaq düzgün təyin edə bilərsiniz.
Şəkər və şəkərli qidalar mayanın törəməsini artıracağından mayalı qidalara həssaslığı olan kəslərdə şəkər və şəkərli qidalardan uzaq durmaları məsləhət görülür.
Tarix: 21.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Qidalanma və Dieta