Fındıq vitaminlə zəngin meyvələrdən biridir, onun tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir.
Fındıq ürək-damar sağlamlığı üçün faydalı olan doymamış yağla da boldur. Azərbaycanda da bol yetişdirilən fındıq enerji qaynağıdır. Bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunuğu aradan qaldırır. Bundan əlavə bu dadlı meyvə xolestrolu salır, ürək ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir.
Bu qədər faydası olan fındıqdan neсə istifadə etmək lazımdır?
Fındıq yaş və quru şəkildə qəbul edilə bilər. Fındıq yağı böyrək daşlarını və qumunu düşürməyə yardım edir. O, həm də böyrək ağrılarında da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.
Fındığın daha bir faydası isə onun yağındadır. Bu yağ xüsusilə dəri problemlərində istifadə edilə bilər. Dəriyə nəm, parlaqlıq, canlılıq verilir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.
Tarix: 21.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Qidalanma və Dieta