Sağlamlığı qoruyan əsas şərtlərdən biri də tam dəyərli qidalanmadır. Hələ qədimdə mülayim qidalanma sağlamlığın qorunmasında vacib amil hesab olunub.
Düzgün qidalanma insanların həyat və fəaliyyətinə təsir edən əsas faktordur. Piylənmə, düzgün seçilməyən qidanın insan orqanizmində yaratdığı fəsadlar, bəzi yemək və içkilərin çox istifadəsindən yaranan xəstəliklər, ekoloji təmiz olmayan məhsullardan istifadə ilə yanaşı, son zamanlar doğru olmayan qidalanma müxtəlif problemlərə səbəb olur. Bu baxımdan qidalanmada uyğun bir şəkildə qida rasionu tərtib edilməli və həmin qida rasionuna əməl edilməlidir.
Sağlam qidalanmaq üçün etməniz lazım olan ilk addım yeməklərin kalorilərini öyrənmək də ola bilər.
Tarix: 21.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Qidalanma və Dieta