Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsini küsdürən səhvlər

Bəzilərinin fikrincə havaların istiləşməsi ilə birlikdə düzgün pəhriz saxlaya bilməyənlər maddələr mübadiləsini zəiflədən səhvlərə yol vermiş olur.
Pəhrizdə buraxılan səhvlərə və maddələr mübadiləsini küsdürən cəhətlərə aşağıdakılar aiddir:

1. Məşhur adı ilə tanınan pəhrizdən istifadə (Bu pəhriz növündən hər kəs istifadə edə bilməz);
2. Tək qidalanma tərzinə üstünlük vermək;
3. Bitki çaylarından həddindən artıq istifadə;
4. Karbohidratlardan uzaq durmaq;
5. Zəifləmə dərmanlarından istifadə;
6. Fiziki fəaliyyətlə məşğul olmadan pəhriz tutmaq;

Sağlam qidalanma və pəhriz mütəxəssisi kimi fəaliyyət göstərdiyi bildirilən Bahar Aktan, şüursuz edilən pəhrizin bədəndə ağır ziyanlara və maddələr mübadiləsinin yavaşlamasına səbəb olduğunu söyləyib. Maddələr mübadiləsinin yavaşlamasına və irəliləyən dövrlərdə artıq çəki probleminə yuxarıda qeyd olunan səhvlərin yol açdığını bildirib.
Bu baxımdan pəhriz tutan şəxslərdə artıq çəki olduqda maddələr mübadiləsinin sürəti düşür. Bu eniş irəliləyən dövrlərdə zəifləmənin çətinləşməsinə və artıq çəkinin itməsinin sürətində azalmaya səbəb olur. Pəhriz zamanı əzələ nisbətini artıracaq hər hansı bir fiziki fəaliyyət ilə birlikdə əzələ faizinin qorunması və ya artırılması maddələr mübadiləsinin canlılığını qorumaqda olduqca vacibdir. Pəhriz ilə birlikdə edilən fiziki fəaliyyət artıq çəki probleminin həllinin qalıcı olmasına səbəb olur. Həmçinin sağlam bir bədən quruluşu görünüşünə səbəb olur.


Tarix: 21.01.2015 / 13:29 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Qidalanma və Dieta
loading...