Əsasən Asiya ölkələrində yetişdirilən nar insan sağlamlığı üçün əvəzedilməz meyvələrdəndir. Bəzən narı təbii antibiotik adlandırırlar. Latınca adı Punica Granatum olan narı əsasən tərkibindəki antioksidantlarla orqanizmin müdafiə sistemini gücləndirir. Bir stəkan nar suyunun tərkibində 10 stəkan yaşıl çaya bərabər antioksidant mövcuddur.
Aparılan bəzi tədqiqatlarda nar suyunun qadınlarda dəri xərçənginə kişilərdə isə prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malik olduğu ortaya çıxmışdır.
Narın ən önəmli xüsusiyyətlərindən biri onun ürək damar xəstəliklərinə əsasəndə ürəyə olan faydalarıdır.
Narın insan sağlamlığına olan digər faydaları aşağıdakı kimidir.
• Qan təzyiqini nizamlayır
• İmmunitet sistemini möhkəmləndirir
• Sidik qovuculuq qabilliyəti ilə orqanizmdəki toksiki maddələri xaric edir
• Xolesterolu və qandakı şəkəri nizamlayır artmasına mane olur
• İshalın müalicəsində faydalıdır
• Bağırsaqdakı parazitləri və bakteriyaları məhv edir
• Dərini gözəlləşdirir
Tarix: 21.01.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qidalanma və Dieta