Antiseptik və mikrob öldürücü xüsusiyyətə malik olan duzda insan orqanizminə lazım olan maddələr var.
Lakin çox istifadə edildiyində insan sağlamlığına zərərlidir və insanda əzələ krampları meydana gətirir.
Xüsusilə pəhriz saxlayan şəxslər duz istifadəsinə diqqət etməlidirlər. Çünki çox duz, bədəndə su tutulmasına və şişkinlik hissinə səbəb olur.
Bu eyni zamanda sidikdə kalsium çıxarılmasını artırır. Hamilə qadınlarda isə sağlamlıq problemlərinə yol açır.
Elm adamları, həddindən artıq duzlu yeməklərin qan damarlarına ziyan vurduğunu bildirir. Onlar tədqiqatlarda iştirak edənlərin yarısına az duzlu pomidor şorbası, digər yarısına isə duzu bir qədər çox olan şorba veriblər. Daha sonra könüllülərin damarları texnoloji bir cihazın köməyi ilə araşdırılıb.
Nəticədə çox duzlu yeyən şəxslərin damarlarında normalda olması lazım olan genişləmə miqdarı azlıq təşkil edib.
Məlumata görə bunun səbəbi azot oksidinə maneə törədən duzdur. Bu maddə damarların divarlarının rahatlamasını və lazım olduğu zamanlarda genişlənməsini təmin edir. Bu yarım saata qədər davam edir. Ancaq davamlı olaraq duzlu qidalar istifadə edildiyində damarların içərisində yağ toplanır və damar tutulmaları yaranır.
Tarix: 21.01.2015 / 17:24 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Qidalanma və Dieta