Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamilə qadınlara kofeinin təsiri

Hamilə qadınlara çox kofe içmək məsləhət görülmür. Amerikan alimləri sübüt etmişdilər ki, gundə 200 mg kofe hamilə qadınlarda erkən doğum və ya heç bir digər qüsur yaratmır. Lakin bu miqdardan artığı yarana biləcək riskləri artırır.

Doktor Uliyam Bartın dediyinə görə:
"Gün ərzində az bir miqdarda kofein erkən doğuma və ya düşük ehtimalına hər hansı bir təsiri müşahidə olunmur" və bu faktları nəzərə nalaraq, gün ərzində bir fincan kofenin heç bir zərəri olmayacağını xanimlarımıza anlatmalıyıq.

Kofe dünyada ən çox içilən içkilərdən biridir və eyni zamanda kofein psixoaktiv maddələr içində ən çox istifadə olunanlar sırasındadır.
Kofeinin yaratdığı bəzi effektlər, məsələn həyacanlılıq, digər kokain və amfitomin kimi psixotrop maddələrin effektindən fərqlənmir.
Gündəlik kofe norması 300 mg-dır. Bu təxminən 3-4fincan kofe deməkdir. Kofeinin mənbəyi yalnız kofe deyil. 5-6 fincan çayda 300 mg kofein vardır və orta şokolad plitəsində təxminən 35 mg kofein var.
Bəzi ağrıkəsicilərdə də həmçinin kofein vardır ki, bu da onları baş ağrısı ilə mübarizədə 40% daha effektiv edir. Tabletkalarda olan kofein diapazonu da 16 mg-dan 200 mg-a kimi dəyişir.
Bu günə kimi heç bir alim sübut etməmişdir ki, kofe daha çox xeyirlidir nəyinki ziyan və yaxud da əksi, ona görə də kofeni içməyi məsləhət görmək olar. Lakin bu müvəqqətidir. Həmçinin, kofeinin ziyanlı olduğunu düşünənlər və sağlamlıqlarını qorumaq üçün kofedən imtina edənlər həkimləri ilə məsləhətləşib sağlamlıqlarını qorumağın daha effektiv yollarını tapa bilərlər.


Tarix: 21.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: Qidalanma və Dieta
loading...