Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvə şirəsi yerinə meyvənin özünü yeyin

Məlumata görə "Appetite" jurnalında dərc olunan məqalədə bildirilir ki, meyvəni yemək və ya suyunu içmək insana eyni kalori verir.
Lakin onu da qeyd etmək lazımdır ki, meyvə orqanizm üçün xüsusi ilə dişlər üçün faydalı hesab olunur. İnternetdə dərc olunan bir sıra məlumatlardan aydın olur ki, "Appetite" jurnalında işıqlandırılan məqalə aktual mövzulardan biridir. Lakin meyvə yeməyin daha təsirli olduğu, gündə 5 boşqab tərəvəz və 3 boşqab meyvədən istifadənin xeyirli olduğu bildirilir. Həmçinin yeməklərinizin yanında salatlardan istifadə də pis olmaz. Bəzi meyvələrin isə çoxlu vitamin, flavonoit və minerallar baxımından zəngin olması onların daha çox diri yeyilməsini, şirəsinin çəkilməməsinə üstünlük verilməsini təmin edir. Ümumiyyətlə bildirmək lazımdır ki, hər 2-sinin faydalı olduğuna baxmayaraq, iştah problemi ilə üzləşənlərə meyvə şirəsi o qədər də sərf etmir. Çünki, meyvənin şirəsi çəkildikə onu vaxtı keçmədən və xarab olmadan istifadəsi lazımdır. Əks təqdirdə isə meyvələrin tərkibində olan faydalı elementlər öz keyfiyyətini itirər. Bu baxımdan hamı üçün təzə meyvələrin istifadəsi məsləhətdir.
Meyvə şirəsinin isə yüksək antioksidant təsirinin olduğu bildirilir. Bundan əlavə xüsusilə ürək və qan dövranı sistemi funksiyaları üzərində meyvə şirəsinin faydaları olduğu qeyd olunur.


Tarix: 21.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qidalanma və Dieta
loading...