Əks təsiri olmadan möcüzəli qidalar hesab olunan süd məhsullarını necə qəbul etmək olar?
Bunun cavabı çox sadədir. Yalnız yağlılığı az olan süd məhsullarını qəbul etməklə bu problemi həll etmək olur!
Bu yaxınlarda aparılan tədqiqata görə, yetişkin insanlar günlük qida rasionlarına nə qədər çox süd məhsulu əlavə etsələr, doymuş yağlardan gələn kalorilərin cəmdəki faizi o qədər artar. Bu da sağlamlıq üçün mənfi nəticələr doğurur. Lakin digər tərəfdən zülal, kalsium, maqnezium, fol turşusu, B1, B2, B6, B12, A, D və E vitaminləri kimi digər əhəmiyyətli qidaların alış miqdarı da qida rasionunda süd məhsulları ilə birlikdə artır.
Bəs mənfi təsiri olmadan bütün bu möcüzəli qidaları süd məhsullarından necə ala bilərik? Bu problemin həlli isə tərkibində yağın faizi az olan qidaları istifadə etməkdir!
Süd məhsullarındakı yağı azaltdığınızda zülal, kalsium və digər bir çox vitamin və mineral miqdarı yüksək olan kalorini, doymuş yağı və xolesterolu azaltmış olacaqsınız.
Daha çox süd məhsulu qidalar istehlak etmək üçün 6 səbəbə diqqət yetirək:
Kalsium və Zülal. Bəzi süd məhsulları, çoxumuzun daha çox ehtiyacı olan iki şeyi olduqca yüksək səviyyələrdə ehtiva edir; kalsium və protein.
Təəssüf ki, dondurma; bu iki qida baxımından bir az əskik qalır, lakin az yağlı süd, qatıq, süzmə pendir və az yağlı pendir hər payda güclü bir zülal və kalsium paketi təqdim edir. Məsələn yalnız bir fincan yüngül yağsız qatıq, təklif edilən gündəlik zülal alışı miqdarının 17% ilə birlikdə, gündəlik təklif edilən kalsium alış miqdarının üçdə birini əhatə edir.
D Vitamini. Bir çox süd markası D vitamini ilə gücləndirilir və artıq bəzi qatıq istehsalçıları də buna başlayıblar. D vitamini əhəmiyyətli bir vitamin olmasına baxmayaraq çoxumuzun rasionunda kifayət qədər olmur. Bu səbəbdən D vitamini ilə gücləndirilmiş az yağlı süd içmək D vitamini səviyyənizi artırmanın asan bir yolu hesab olunur. D vitamininin kalsiumun udulmasındakı rolu sayəsində sümüklərin sağlam qalmasını uzun müddət təmin edir. Son zamanlarda aparılan tədqiqatlara görə, d vitamini bəzi xərçəng növlərinin olma riskini azaltmaqla bərabər, təzyiqi yüksək olanların təzyiqini aşağı salmağa, başqa növ xəstəlik hallarınada da kömək ola biləcəyi sübut olunub.
Sümük Sıxlığı. Kalsiumu artıran qidalar almaq sümükləriniz üçün daha yaxşı təsir göstərir. Finlandiya da aparılan bir araşdırmada, 10 ilə 12 yaşlarındakı qız uşaqlarının qida rasionunda pendir, kalsium ya da kalsiumla birlikdə D vitamini ilə dəstəklənən qidalar olduğundan onların sümük qalınlığı və orda baş verən dəyişikliklər müşahidə edilib. Pendir yeyən qruplarda, sümüyün kütləsində digər qruplara görə daha çox artım olur.
Təzyiq. İspaniyada 5000 dən çox gənc üzərində aparılan tədqiqatlarda, iki illik bir müddət sonunda, az yağlı süd məhsullarını (əksəriyyətlə yağsız ya da az yağlı süd) ən yüksək miqdarda qəbul etdiyini bildirənlər, ən az qəbul etdiyini bildirənlərə görə yüksək təzyiqin ortaya çıxma riskini 54% daha aşağı olduğunu müşahidə ediblər.
Keçmişdə kalsiumun təzyiq üzərində təsiri olduğuna şübhə edilirdi. Ancaq İspan tədqiqatçıları, az yağlı süd məhsullarında yalnız kalsiumun aşağı təzyiq riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər. Tədqiqatçılar bunun, təzyiq salan dərmanlarla eyni təsirə sahib olan, az yağlı süd məhsullarında olan zülallarla bir əlaqəsi ola biləcəyini söyləyirlər.
Metabolik sindrom. İranlı alimlər, 850 kişi və qadından alınan məlumatları araşdırdıqdan sonra, süd məhsullarını (süd, qatıq və pendir) çox qəbul edənlərdə, bel genişlənməsi diabet və ürək xəstəliyi riskini artırdığı kimi ifadə edilən "Metabolik" sindromun inkişafı ehtimalının daha aşağı olduğu nəticəsinə gəliblər.
Artıq çəkidən azad olmaq. Ümumi kalsium qəbulu analizi hələ kalsiumla daha çox kilo vermə arasında bir əlaqə qurmamış olmasına baxmayaraq, Birminghemdəki Alabama Universitetindən olan bir tədqiqatçı, süd məhsullarındakı kalsiumun bədən ağırlığının tənzimləməsində bir rol oynaya biləcəyini göstərən dəlillərin tapdığını açıqlayıb.
Yuxarıdakı səbəblərdən hər hansı biri və ya hamısı, bizi yağsız və ya az yağlı süd, az yağlı qatıq, süzmə pendir, az yağlı pendir və ya bunların kombinasiyasından hər hansı birini hər gün qəbul etməyə istiqamətləndirir.
Tarix: 21.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Qidalanma və Dieta