Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoz yeyin hər şey qoz kimi olacaq

ABŞ-ın Qərbi Vircina ştatında yerləşən Marshall Universiteti əməkdaşlarının araşdırmaları nəticəsində məlum olmuşdur ki,qoz süd vəzi xərçənginin qarşısını alır.Təcrübələrində süd vəzi xərçənginə tutula bilən siçan növlərindən istifadə eden elm adamları laboratoriya şəraitində bir qrup siçani normal qida ilə bəslədikləri halda digər bir qrupa isə hər gün bir ovuc qoz yedirmişlər.Nəticədə qoz yeyen siçanlarda süd vəzi xərçəngi əlamətlərinin digərlərinə nisbətən yox dərəcəsində olduğu qeydə alınmışdır.

Araşdırmanın rəhbəri Elaine Hardman qoz və bu kimi qida məhsulları ilə qidalanmaqla bir çox xroniki xəstəliklərin qarşısını almağın mümkün olduğunu vurğulamışdır.

Amerika Xərçəng Tədqiqatı Birliyinə təqdim olunan təcrübədə qozun tərkibində xərçəngin inkişafina mane olan omeqa 3 turşusu,antioksidan və bitki mənşəli sterol kimi maddələrlə zəngin olduğu göstərilmişdir.


Tarix: 21.01.2015 / 11:16 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Qidalanma və Dieta
loading...