Britaniya alimləri komponentlərin nisbətini və uyğun temperaturu araşdıraraq çay dəmlənilməsinin ən optimal yolunu müəyyən ediblər.
Northumberland Univesiteinin tədqiqatlarına qatılmış könüllülər toplam 185 saat çəkən sınaqlar vaxtı ən azı 285 fincan çay içiblər.
Bu araşdırma nəticəsində dünyanın ən populyar içkilərindən birinin ideal formulasını əldə etmək mümkün olub.
Tədqiqatın yekunlarına görə 200 qram qaynar suda bir çay paketini iki dəqiqə ərzində dəmləmək tələb olunur.
Bundan sonra çaya 10 qram süd əlavə oluna bilər ki, əsl ingilis çayı alınsın.
Təqribən 6 dəqiqə keçmiş (içkinin soyuması ətraf mühitin temperaturuna bağlıdır) çayın temperaturu içmək üçün ən optimal olan 60 dərəcəyə yaxın olacaq.
Müəyyən səbəblər üzündən yubananların 17 dəqiqə 37 saniyəsi qalır.
Məhz, bu müddət ərzində çay hələ də içməli hesab olunan 45 dərəcənin altına keçməyərək tam soyumamış qalır.
Britaniya alimləri çaya südün əlavə olunmasını içkinin təbii acılığının mülayimləşdirilməsi ilə əsaslandırırlar.
Tarix: 21.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qidalanma və Dieta