Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ət haqqında mif

Bir çoxları, xüsusil də bizim həkimlər ətə qida rasionunun təhlükəli qidası kimi baxırlar. Əslində, ət ləziz qida olmaqla yanaşı, güc, enerji və yaxşı fiziki forma mənbəyidir.

Avropalı alimlər vurğulayırlar ki, əzələlərimizin enerjisi rasionumuzda qoyun və mal ətinin olmasından asılıdır. Qırmızı ət toyuğun ağ ətindən fərqli olaraq daha yüksək enerji verir.

Təbii ki, söhbət dondurulmuş deyil, təzə ətdən gedir. Buğa verilmiş və ya soyutma ətdə çoxlu protein, vitamin və mikroelementlər olur.
Artıq kalori yığmaq istəmirsinizsə, əti həlim qaynadılmış və ya bol göyərti ilə qızardılmış yeyin. Bundan başqa, qaraciyər də faydalıdır.
Qaraciyərdə xolin maddəsi var, o, tonusu və əsəb hüceyrələrinin işini yaxşılaşdırır.


Tarix: 21.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Qidalanma və Dieta
loading...