Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ ölüm

Kaliforniya Tibb Universitetinin həkimi Kristian Bibbnies yeni bir araşdırma apararaq belə nəticəyə gəmişdir ki,yeməklərimizin ayrilmaz tərkib hissəsi olan duz insan həyatı üçün təhlükəlidir. Araşdırmaya görə hər insan gün ərzində 9-12 qram duz istehlak edir və nəzərə alsaq ki,duzun bir qramında 0,4 qram natrium var bu da gün ərzində 2,000-2,400 milliqram natrium deməkdir.
Duzun insan orqanizmindəki yaratdığı ən böyük fəsadlar isə qan təzyiqi və ürək xəstəlikləridir. Tədqiqatçıların araşdırmalarına görə hər gün 3 qram duz azaltmaqla (təxminən 1,200 mqr natrium) 6% ürəkxəstəliyini,8% infarktın və 3% isə ölümün qarşısını almaq olar.
“Digər sözlə desək hər gün 3 qram az duz istehlak etməklə biz ömrümüzü uzada bilərik” - bu sözləri Kristian Bibbnies mətbuat konfransında deyib.


Tarix: 21.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qidalanma və Dieta
loading...