Mərhaba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın kün-fəkan pərvanəsi
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,
Ey cəmalın Kəbə, sənsən Küntə-kənzin xanəsi!
Hər ki qəvvas oldu bildi vəhdətin bəhrində kim:
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
Möminin Kəbə yeridir, kafirin bütxanələr,
Aşiqin dost eşigidir Kəbəvü bütxanəsi.
Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,
Ey Nəsiminin həyatı, canımın cananəsi.
* * * * * * * * * * * * * * * * * * * * * * *
Qaşın vəhyi bizə bürhan irişdi
Üzündə təvili-furqan irişdi.
Üzündə həq kitabı-vəhyi-mürsəl
Zəhi dövlət, sana həqdən irişdi.
Qaşınla kirpigin Turun dağında
Necə bir Museyi-İmran irişdi
Aşiq öz dərdinə çün buldu dərman,
Həzaran hikməti-Loğman irişdi.
Necə bir hikmət ilə tökdü qanın,
Neçənin dərdinə dərman irişdi.
Fənayi-mütləq oldum eşq içində,
Əzəldən çün tənə ol can irişdi.
İtirmə Misrini sən, ey Nəsimi
Bu Misrə Yusifi-Kənan irişdi.
Tarix: 31.03.2013 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Qezeller