"İstədi mən tək yana dəhrdə pərvanə də"
İstədi mən tək yana dəhrdə pərvanə də,
Eh, görəsən gördü nə mən dəli-divanədə?
Üz çevirib getmisən, həsrət üzür qəlbimi,
Əhdə vəfa görmədim eşqinə biganədə.
Bənd elədim qəlbimi zülfü-pərişanına,
Dəstələdin zülfünü, getdi ürək şanədə.
İçməyə eşqin meyin adət edib bilmişəm,
Yoxdu bu ləzzət düzü məscidi-qəmxanədə.
Gül nəfəsin dəydimi əsdi ürək telləri,
Bənzərini görmüşəm tir-tir əsən nanədə.
Yandı Kərəm, çöllərə Məcnun adını həkk edib,
Mən dəliyə yoxdu yer indi bu viranədə.
Eşqimiz əfsanəyə döndü, gəzir elləri,
Bəs niyə “Məmməd” adı yoxdu bu əfsanədə?
Tarix: 31.03.2013 / 17:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Qezeller
loading...