"Çaşıb"
Elman Qasid posted on your Стена
Sən mələksən,sənə insan deyənin ağlı çaşıb,
Eybsiz hüsnüvə nöqsan deyənin ağlı çaşıb.
… … Sınsın əsrin gözəlim,Leylisi də, Şirini də,
hələ də onlara dastan deyənin ağlı çaşıb.
Bülbüləm mən ki, kanımdı bağım, gülzarım,
Var belə bağü gülüstan deyənin ağlı çaşıb.
Könlümü Şahmar ilantək dəmə çəkmiş zülfün,
O zəhirmarı görüb can deyənin ağlı çaşıb.
Qoy deyim dərdimi dilbər sənə imkan var ikən,
Düşəcək bir daha imkan deyənin ağlı çaşıb.
Əşrəfin ağlı çaşıb söyləsələr vermə fikir,
Elə söz, ay sənə qurban, deyənin ağlı çaşıb.
Əşrəf Pirşağılı (Hacızadə)
Tarix: 31.03.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Qezeller
loading...