"Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf"
Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf,
Ta yetib mahi-Mühərrəm pürbəladır hər tərəf.
Kərbəla qovğası aləmdə dəmadəm yad olur,
Səndə gəl yad eylə ki,ahü nəvadır hər tərəf.
Qeyri-mümkündür bu gün məhzun könül ah etməsin,
Möhnətü dərdü bəlayə mübtəladır hər tərəf.
Qətl edib Ali-Əbanı qövmi-zalım zülm ilə,
Ol səbəbdən sərbəsər bəzmi-əzadır hər tərəf.
Yoxdu şadlıqdan əsər,aləm geyib qarə libas.
Əhli-Beyt olmuş şəhid matəmsəradır hər tərəf.
Qərq olub göz yaşına indi Hüseyn aşiqləri,
Harə baxsan aşiqi-bəxtiqəradir hər tərəf.
Ağlayarsa kim Hüseynə bil günahı əfv olar,
Ey Qəvimi,rəhməti-Bari-Xudadır hər tərəf.
Tarix: 31.03.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Qezeller
loading...