"Qələm"
Öz qələmdarından almış naümid görkəm qələm.
Dərdini ərz eyləməkdən qəddin etmiş xəm qələm.
Haqq kəlamın yazmaq üçün Tanrı bəxş etmiş mənə,
Xeyli zalım qarşısında sınmaz ən möhkəm qələm.
Vəsfi dildarın tükənməz,hətta Ondan yazmağa
Olsa dəryalar mürəkkəb,tüm ağaclar cəm qələm.
Mən qƏLəmdən əl götürsəm qəm qalar yalnız mənə,
Həm də mənsizkən çəkər yəqinki mən tək qəm qələm.
Ey deyən kəs Pərvizə get xidmətə,bilməzmisən?
Tutduğum əşya əlimdə həm silahdır,həm qələm.
Tarix: 31.03.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Qezeller
loading...