"Var"
Hər səri-müydə min aşiqi-nalanın var,
Məgər, ey şux ki, bir cismdə min canın var?
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan yenə bir aşiq, əcəb qanın var!
Xahişin tərki-dilü can idi, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?
Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.
Suzi-binaleyi pərvanəni gör, ey bülbül,
Səhni-gülzarda ancaq sənin əfğanın var.
Həm mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?
Sabira, qərq edər axır səni bu seyli-bəla,
Olma qafil belə kim, dideyi-giryanın var.
Tarix: 31.03.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Qezeller
loading...