Qış fəsli uzun sürən ölkələrdə bəzi insanlar üşüməmək üçün yağlı və ya şəkərli yeməklərə üstünlük verirlər.
Belə yeməklər də ürək-damar xəstəliklərini artırır. Yayı isti keçən ölkələrdə isə problem başqadır.
Belə ki, həmin ölkələrdə yaşayanlar tez-tez tərlədiklərinə görə normadan artıq su içirlər.
Bu da damarlarda axan qanın sürətinin azalmasına və laxtalanmasına gətirib çıxarır.
Son vaxtlar ürək-damar xəstəliklərinin müalicəsi istiqamətində az iş görülməyib. Türkiyəli Prof. Dr. Avcının müsahibəsindən aydın olur ki, orqanlara qan daşıyan atar damarların sərtləşməsi və ya ateroskleroz deyilən xəstəliyin səbəb olduğu, daralma ya da damar tıxanmaları orqanlara zərər edər və xəstəliklərin ortaya çıxmasına səbəb olar. Bu baxımdan sadə üsullardan başlayaraq mütamadi olaraq ürək fəaliyyəti üçün faydalı hesab olunan sağlamlıq proseduralarına riayət etmək lazımdır.
Gənc yaşlardan başlayaraq, boş vaxtlarda həftədə 2-3 gün, 30-60 dəqiqə, idman etmək, üzmə və ya rəqs etmə kimi fəaliyyətlərlə məşğul olmaq damarları qorumağa təsirlidir. Daimi olaraq edilən bu məşqlər, damarları damar sərtliyindən qoruduğu kimi, orqanlara qan aparan damarların genişlənməsini və böyük damarlar arası incə körpü olan damarların açılmasını da təmin edir. Orqanların daha yaxşı qanla qidalanmasına və funksiyasını daha yaxşı görməsinə vəsilə olur.
Həmçinin idman məşqləri ani damar tıxanmalarında ortaya çıxacaq ziyanı da önləyir.
Damar sərtliyini önləmək istiqamətində təbabətin müalicəvi ünsürlərini bilmək də lazımdır. Bundan əlavə istəyə uyğun tərəvəz və göy-göyərtidən, balıq və toyuq ətindən hazırlanmış yeməklərə üstünlük vermək olar. Ət məhsulları sevənlər isə mal ətindən istifadə edə bilər.
Qoyun ətindən isə imkan daxilində daha az istifadə etmək lazımdır. Bu damar sərtliyinə səbəb olar.
Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Kardiologiya