Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xolesterin ürəyin düşmanı hesab olunur

Məlumata görə qan təzyiqinin yüksək olmağı damar yaşlanmasına səbəb ola bilər. Bu baxımdan yaxşı balanslaşdırılmaya ehtiyac duyulur. Qan təzyiqi 140/90-dan yüksək olan insanların isə mütləq bir şəkildə kardioloqa müraciət etməsi məsləhət görülür. Həmçinin qan təzyiqinin yüksək olması damarların sərtləşməsinin bir göstəricisi olaraq qəbul edilir. Damar yönümlü yaşlanmanın ikinci səbəbi isə xolesterini göstərirlər. Bunun kişilərdə, qadınlara görə daha sıx və daha erkən yaşda başlayacağı bildirilir. Qadınlarda isə damar yönümlü yaşlanma menopauzaya qədər görülmür. Məlumata görə yetişkin bir insanda total qan xolesterini 200 mg-ı keçməməlidir. Zərərsiz xolesterin (hdl) 35-40 mq-ın altında, zərərli xolesterin isə 100 mq-ın üstündə olmamalıdır. Xolesterinin yüksəlməsinə səbəb olan yağlı və ya yağda qızarmış ətlər, şokoladlar, yağlı tortlar, peçenyelər, krevet və midiya kimi dəniz məhsulları, kərəyağı, pendir, qaymaq, krem, sərt marqarinlər, 500 qramdan çox süd və qatıq çox istifadə olunmamalıdır. Spirtli içkilər sağlmalığa böyük ziyan vurduğundan zərərli hesab olunur.

Xolesterini aşağı salmaq üçün və ürək sağlamlığını qorumaq üçün bunların vacib olduğu bildirilir:

• Yeməklər bitki yağları ilə hazırlanmalıdır;
• Yumurta həftədə 2 dəfə qaynadılmış olaraq istifadə edilməlidir;
• Həftədə 2 dəfə qırmızı ət, digər günlərdə toyuq və balıq yeyilməlidir.
Balıq zərərsiz hesab olunan xolesterinin yüksəlməsinə, triqliseritlərin isə aşağı saldığı bildirilir;
• Meyvə və tərəvəzlərdən bol miqdarda istifadə olunmalıdır;
• Sarımsağın tərkibində bol miqdarda potasium, fosfor, selenium, A və C vitaminləri və 75 fərqli maddə ilə birlikdə qan damarlarını genişləndirməyə, qanın laxtalaşmasını önləməyə kömək edir. Bu səbəblə sarımsaq çoxlu istifadə olunmalıdır;
• Quru paxlakimilərdən də istifadə olunmalıdır;
• Yer fıstığı, qoz, badam, fındıq, fıstıq, günəbaxan tumları, qabaq tumları kimi quru giləmeyvələrin çox faydalı olduğu unudulmamalıdır. Misal olaraq qozun içərisində balıqdakı Omega 3 yağ turşuları vardır. Ancaq artıq çəki problemi olan kəslər quru giləmeyvələri həddindən artıq çox istifadə etməməlidirlər;
• Ağ çörək yerinə kəpəkli, çovdar, tam taxıllı və ya tam buğda çörəkləri seçim edilməlidir.


Tarix: 16.01.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Kardiologiya
loading...