Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karbon qazı infarkt xəstələrində halusinasiya yarada bilər

Ölümə yaxın olan adamların ürək tutması zamanı keçirdiyi hisslər - yanıb-sönən işıqlar, həyatın göz önündən keçməsi, karbon dioksiddən asılı ola bilər. Bunu araşdırma müəyyən edib.

52 xəstənin müayinəsi göstərib ki, belə hissləri keçirmiş 11-inin bədənlərindəki ifraz qazının səviyyəsi yüksək olub. Bu haqda məqalə Critical Care jurnalında çıxıb.
Sloveniyalı tədqiqatçılar ümid edirlər ki, ürəktutması keçirən xəstələrin niyə belə şeylər görməsi barədə müzakirələr bu tədqiqatın nəticəsi olaraq güclənəcək.

Əvvəllər belə fenomenin səbəbi kimi din və dərmanlar göstərilirdi.
Belə hisslər keçirən xəstələr tunnel, parlaq işıq, müəmmalı məxluqlar və ya tavana yaxın uçmaları kimi "bədəndənkənar" hissləri təsvir edirlər.

Digərləri isə sadə,lakin çox güclü dinclik və sakitlik hissini təsvir edirlər.
Düşünülür ki, infarkt keçirən xəstələrin dörddəbirinə qədəri belə hisslər keçirirlər.

Araşdırma müəyyən edib ki, cinsindən, dini inamından, ölümdən qorxudan, xilas cəhdləri zamanı verilən dərmanlardan asılı olmayaraq xəstələr belə hisslər keçirirlər.
Maribor universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qanda karbon qazının səviyyəsi belə hallarda əhəmiyyətli surətdə yüksək olur.


Tarix: 16.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Kardiologiya
loading...