ABŞ-da aparılan bir tədqiqata və Diabetes Ratgeber adlı jurnalda nəşr olunan tədqiqatın nəticəsinə görə, AB qan qrupuna sahib olanların infarkt keçirmə riskinin 0 qan qrupuna görə çox daha yüksək olduğu təyin olunub.
A və B qan qruplarına sahib insanlarda da riskin yüksək olduğu lakin çox şiddətli olmadığı ifadə edilib.
Tədqiqat nəticələri "Diabetes Ratgeber" adlı jurnalda yayımlanıb. Jurnalda diabet xəstələrinin sağlam insanlara nisbətən ürək böhranı keçirmə risklərinin daha çox olduğu ifadə edilib. Məsələn Almaniyada yüksək qan şəkəri ya da damar sərtliyi kimi səbəblərdən ildə təxminən 250 min adamın infarkt keçirdiyi bildirilib.
Tibbdəki irəliləyişlər sayəsində ürək böhranı keçirənlərin həyatda qalma nisbətlərində keçən illərdə artım qeyd olunub.
Ürək böhranı və ya ürək əzələlərində pozğunluq nəticəsində xəstəxanaya gətirilən insanların 60%-dan çoxunda diabet olduğu ya da heç olmasa qan şəkəri dəyərlərində pozğunluq olduğu ifadə edilib. Bu səbəbdən şəkərli diabet ürək narahatlıqlarında əsas səbəb olaraq qəbul edilir.
Tarix: 16.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Kardiologiya