Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Britaniyalı alimlər ürək üçün xeyirli olan içkiləri müəyyənləşdiriblər

Rusiya mətbuatı xəbər verir ki, bunlardan birincisi sudur. Orqanizmdə kifayət qədər su olmayanda qan qatılaşır. Bu zaman ürək gücə düşür, bu isə ürək xəstəliklərinin yaranması riskini artırır.

Ürək üçün ikinci xeyirli içki isə yaşıl çaydır. Yaşıl çayın tərkibi antioksidantlarla boldur. Bu maddələr iltihablaşma prosesinin və qan-damar sistemindəki onkoloji xəstəliklərin qarşısını alır.

Qırmızı şərab da ürək üçün xeyirlidir. Bu içkidə kifayət qədər kardioprotektorlar var. Bu içki xolesterinləri azaldır, damar tutulmalarının qarşısını alır.

Ürək-damar sistemi üçün digər xeyirli içki isə nar şirəsidir. Bu içkidəki antioksidantların sayı yaşıl çay və qırmızı şərabdan iki dəfə çoxdur.

Çoxsaylı miflərə və şaiyələrə baxmayaraq, kofe də ürək üçün xeyirli içki hesab olunur. Mütəmadi kofe içən insanlarda infarkt və insult riski 20-40 faiz azalır.


Tarix: 16.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Kardiologiya
loading...