Uzun yaşayıb, cavan ölmək - bu arzudur ya reallıq? Deyəsən, artıq bu mümkün olacaq. Yaşlı insanlar cavanlaşa biləcəklər. Komsomolskaya pravda - nın verdiyi məlumata görə, amerikalı alimlər ürək əzələlərində qocalma prosesini dəyişən maddə tapıblar. Onlar bu hormon sayəsində yaşlı insanların qocalan ürəklərini yenidən cavanlaşdırmaq niyyətindədirlər.
Bəllidir ki, yaş keçdikcə bütün əzələlər kimi ürəyində əzələləri quruluşunu dəyişir, qalınlaşma prosesi gedir. Nəticədə müxtəlif ürək xəstəlikləri - ürək çatışmazlıqları yaranma riski artır.
Harvard tibb məktəbinin mütəxəssisləri iki yaş qrupundan olan siçanlar üzərində yoxlamalar aparıblar. Onlar əməliyyat yolu ilə siçanların qan damar sistemini birləşdiriblər. Bir aydan sonra yaşlı gəmiricinin ürəyinin funksiyaları gənc siçanın ürəyinə bənzəməyə başlayıb. Ürək əzələlərinin qalınlığı isə azalıb.
Daha sonra ekspertlər müsbət dəyişiklərə səbəb olan maddənin axtarışı ilə məşğul olublar. Nəticədə bəlli olub ki, bu "GDF-11" hormonudur.
Yaş artdıqca bu hormonun səviyyəsi azalır, onun orqanizmdə bərpası isə ürəyin yaşlanmasını dəyişməyə kömək edə bilər.
İndi tədqiqatçılar bu hormonun təsirinin qalıcı olduğunu, yaxud səthi xarakter daşıdığını müəyyən etmək üzərində iş aparırlar.
Əgər eksperimentlər uğurlu nəticələr verməyə davam etsə, ondan bu təcrübədən insanlar üzərindədə aparmaq mümkün olacaq.
Tarix: 16.01.2015 / 12:37 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Kardiologiya