Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlamaq ürəyə xeyirlidir

ABŞ-da aparılan araşdırma nəticəsində qəlbi qıran şəxsləri bağışlamağın ürəyə xeyri olduğu və sağlamlığa müsbət təsir göstərdiyi məlum olub.

Bu araşdırmanı ABŞ-ın Kaliforniya ştatının San Dieqo Universiteti reallaşdırıb.

Araşdırma 200 nəfər üzərində aparılıb. Tədqiqatçılar onlardan özlərini üzən hadisələri xatırlamalarını istəyib.
Üzərində təcrübə aprılan şəxslərin yarısından hadisələri bağışlamalarını, digərlərindən isə onları üzən xatirələri qəzəblə yad etməklərini istəyiblər.

Üzərində təcrübə aparılan şəxslər bu hissləri yaşayarkən onların qan təzyiqləri və ürək döyüntüləri yoxlanılıb.

Hadisələri qəzəblə qiymətləndirənlərin qan təzyiqinin digərlərinə nisbətdə daha yüksək olduğu müşahidə olunub.
Həmçinin, kin saxlamayan və onları üzənləri bağışlayanların ürəyinin daha sağlam olduğu da aşkarlanıb.


Tarix: 16.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Kardiologiya
loading...