Omega-3 ilə zəngin olan qida ürək xəstəlikləri riskini azaldır
Balıq yemək qadınlarda ürək xəstəlikləri riskinə təsir edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, Omega-3 ilə zəngin olan balıq ürək xəstəlikləri riskini azaldır.
Danimarka araşdımaçılarının 8 il apardığı tədqiqatda yaşları 15-49 olan 50 minə yaxın qadın iştirak edib. Araşdırma zamanı nadir hallarda və ya heç balıq yeməyən qadınlarla müqayisədə müntəzəm bu qidanı qəbul edən zərif cinsin nümayəndələrində ürək-damar xəstəliklərinə yoluxma riskinin 50 faiz az olduğu bəlli olub.
Araşdırmaya izma atan elm adamları həftədə ən azı 2 dəfə balıq yeməyi məsləhət görürlər.
Tarix: 16.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Kardiologiya
loading...