Soyuq hava infarktın yaranmasına səbəb olar. Qış mövsümündə hava soyuq olduğuna görə həkimlər xüsusilə bu mövsümdə xəbərdarlıq edərək bildirirlər ki, "soyuq havalarda özünüzə və ürəyinizə diqqət edin!" Çünki soyuq hava, ürək böhranına gətirib çıxarır. Ürək xəstəlikləri ən çox görülən narahatlıqlardan biridir.
Dünyada və ölkəmizdə çox rast gəlinən ölüm səbəblərindən hesab olunur. Ürək xəstəlikləri və ürək böhranının bir çox səbəbi var.
Qış aylarında bu səbəblərə bir də soyuq hava əlavə olunur. Çünki soyuq hava infarkt riskini artırır.
Bu riski aradan qaldırmaq üçün soyuq havalarda daha diqqətli davranmaq lazımdır.
Həkim Hakan Gözalan, "Bu haqqda nə edilə bilər sualına ani dəyişmələrin olmaması lazımdır.
Yəni istidən soyuğa çıxarkən, üzərinizi bağlayacaq, daha möhkəm geyinmək və daha çox bədəndə açıq yer buraxmamaq lazımdır sonra uyğunlaşma təmin etdikdən sonra üstünüzü aça bilməsini" demişdir. Ürək xəstəliklərindən qorunmaq üçün sağlam qidalanmaq və nizamlı idman etmək əhəmiyyətlidir.
Ürək zəifləyərsə və döyüntülər nizamsız olarsa, bal istifadə etmək ən faydalı vasitələrdən biridir.
Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməlidirlər. Ürək xəstəlikləri olanlar müntəzəm olaraq limon yeməli və ya limon şirəsi işlətməlidirlər.
Həkimlər, 30 yaşından sonra hər kəsin ildə ən az bir dəfə tibbi müayinədən keçməsini də təklif edirlər.
Tarix: 16.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Kardiologiya