Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək Dostu

ABŞ-ın Michigan Universitetinin Ürək-Damar Xəstəlikləri Mərkəzinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, üzüm insan orqanizminə xüsusən də ürək-damar sistemi xəstəlikləri üçün çox xeyirlidir.

Laboratoriya şəraitində 18 həftəlik bir müddətdə siçovullar üzərində aparılan araşdırmalarda bir neçə siçovulu duzlu yeməklərlə yemləyərək bir neçəsinə isə yalnız üzüm vermişlər və bir müddət sonra müəyyən olunmuşdur ki, duzlu yeməklərlə qidalanan siçovullarda yüksək qan təzyiqi olduğu halda üzümlə qidalananlarda isə ürəyin funksiyası yaxşıdır və qan təyziqi aşağıdır.

Araşdırmanın rəhbəri Mitchell Seymour media nümayəndələrinə verdiyi müsahibəsində qeyd etmişdir ki, ”Bütun bu araşdırmaların nəticəsində belə bir qənaətə gəlmək olar ki, üzüm qan təzyiqini nizamlayır, ürəyin funksiyasını yaxşılaşdırır. Həmçinin üzümün insan orqanizmi üçün də eyni təsirə malik olduğuna təbii ki, heç bir şühbə ola bilməz ”.


Tarix: 16.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Kardiologiya
loading...