Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşıq ürək ağrılarını azaldır

"The Daily Mail" xəbər verir ki, Kolorado Universitetinin kardioloqu Tobias Eklenin fikrincə, ürək xəstələri günş işığının çox olduğu palatada yatanda daha tez sağalıblar.
Çox yəqin ki, bunun sirri sutkanın işıqlı və qaranlıq dövrləri ilə bağlı orqanizmin "daxili saat"ındadır.

Sutkalıq ritmi beyindəki proteinlər müəyyənləşdirir. Ürəkdə də həmin proteinlər var. Məsələn, "Period 2" proteini ürək tutmalarının nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır.

Ürək tutmaları zamanı ürək oksigen qıtlığı ilə qarşılaşır və "ənənəvi yanacaq" olan yağlardan qlükozaya keçməli olur. Ürək metabolizmində dəyişikiklər olmazsa, ürəyin hüceyrələri ölür, ürəyin özü isə zədələnir.

"Period 2" proteinin ürəyin bir "yanacaq"dan başqasına keçidi üçün mühümdür və üstəlik o, metabolizmin effektini artırır. Gün işığı isə "Period 2" fəallaşır, ürəyə dəyən ziyanı azaldır.


Tarix: 16.01.2015 / 12:18 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Kardiologiya
loading...