Ürəyi bərpa edən zülal tapılıb
ABŞ-da nəşr olunan “Cell” jurnalında dərc olunan bir məqalədə göstərilir ki, həkimlər siçanlar üzərində apardığı bir tədqiqat zamanı infarkt olmuş siçanlara NRG1 adlı zülal vermişlər və nəticədə zülalın ürək əzələ sistemini və ürəyin fəaliyyətini yaxşılaşdırdığı ortaya çıxmışdır.
Tədqiqatın rəhbəri Bernhard Kuhn zülalın insanlar üzərində də müsbət təsirə malik olacağını lakin tam əmin olmaq üçün təcrübənin başqa canlılar üzərində də aparılmasına ehtiyac olduğunu vurğulamışdır.
NRG1 adlı bu zülalın həmçinin ürək çatışmamazlığı və ya anadangəlmə ürək problemi olan insanlar üzərində də müsbət təsiri olacağına ümüd edilir.
Tarix: 16.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Kardiologiya
loading...