Ürəyə yaxşı baxmanın əsas yollarından biri balanslı qidalanma və aktiм fəaliyyət hesab olunur. Türkiyənin Liv Hospital xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi bildirilən Dos. Dr. Alp Burak Çatakoğlu, ürək problemi olanlara sağlam qidalardan istifadənin və həftədə beş gün açıq havada yaxınları ilə birgə 40-45 dəqiqə gəzintinin əhəmiyyətli olduğunu deyib. O, bildirib ki, daimi gediş həm təzyiq həm də xolesterinin nəzarət altına alınmasını təmin edir. Sevdiyiniz bir adamla gəzinti isə xoşbəxtlik hormonu kimi tanınan endorfinə təsir edərək stress zamanı kömək edir. Eyni zamanda bədənin performansını artırır.
Məlumatda ürək sağlamlığını qorumaq üçün bir çoxumuzun bildiyi lazımi prosedurlarla bərabər gəzinti əvvəli və sonrasında yüngül qidalardan istifadə edilməsinin faydalı olduğu, tez-tez artıq çəki alıb verməyin isə ürək sağlamlığına zərər vurduğu deyilir. Həmçinin ürək sağlamlığına ən xeyirli olan idman növləri ilə məşğul olmaq, üzmə və templə qaçışa üstünlük vermək məsləhət görülür. Xüsusilə ürək xəstələrinə qaçış, tennis və mübarizə tələb edən idman növləri futbol, basketbol kimi idman növlərindən uzaq olmaqları tövsiyyə edilir.
Gün ərzində 2 litr su istifadə etməyi yaddan çıxarmamaq, qadın, uşaq və yaşlıların isə D vitamini və sümük inkişafı baxımından gündə 15-20 dəqiqə günəşə çıxması bildirilir. Xüsusilə şüaların ən az endiyi səhər və günortaya yaxın vaxtlarda 15-20 dəqiqə günəşdən faydalanmaq ürəyə xeyirlidir.
Dəniz məhsulları ilə qidalanmaq ürək sağlamlığı üçün əhəmiyyətli hesab olunur. Həftədə bir gün quru paxla, noxud, yeməklərindən istifadə də məsləhətdir.
Edilən araşdırmalar nəticəsində məlum olub ki, gündə bir fincan türk qəhvəsinin içindəki antioksidantın ürək sağlamlığına xeyri var.
Ayda 1 kq yağsız qırmızı ət yemək olar. Bol tərəvəz və meyvələrdən, taxıllı məhsullardan istifadə edilməsi, həm həzm həm də xolesterinl üçün faydalı hesab olunur.
Qatı yağlardan seçim edilməməsi zeytun yağından istifadə məsləhətdir. Qatıq çox faydalı bir qida olduğundan yağsız və qaymaqsız bir şəkildə istifadə etməsəz də olar. Mümkünsə ənənəvi ev tipli qatıq mayalandıraraq qebul edin. Tam taxıllı buğda, çovdar, kəpək çörəyindən də istək əsnasında istifadə edə bilərsiniz.
Tarix: 16.01.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Kardiologiya