Məlumata görə D vitaminin səviyyəsinin aşağı olması təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin verilən məlumatda bildirilir ki, dünyada aparılan genetik işlərin birində təzyiqin D vitamini səviyyəsi ilə əlaqəli olduğu müəyyənləşib.
D vitamininin immunitet sistemi üzərindəki təsirinin son illərdəki araşdırmalarda diqqət çəkdiyi bildirilir.
Verilən məlumata görə günəşdən alınan D vitamini immunitet sistemini, sümükləri və dişləri gücləndirməyə, kalsiumun sovrulmasını artırmağa kömək edir.
Bəzi nəticələrə görə kafi miqdarda D vitamini qəbulu təzyiqi salmağa, hipertoniya ilə mübarizə aparmağa faydalıdır. Belə ki, D vitamini səviyyəsi artdıqca təzyiq düşür.
Araşdırmalara görə D vitamini səviyyəsi 10% artdıqda, təzyiq 8% aşağı enir. Həmçinin məlumatda bildirilir ki, London College Universitetindən araşdırmanı icra edən Dr. Vimal Karaninin, nəticələri Avropa Birliyinin İnsan Genetikasına həsr olunmuş konfransında açıqlayıb.
Danimarkalı tədqiqatçıların da qış aylarında, 5 ay boyunca D vitamini möhkəmlətməsi tətbiq etməyin təzyiqi salmağa kömək etdiyini bildiriblər.
Həmin vitaminin təzyiq dərmanları qədər təsirli olduğunu söyləyiblər.
Tarix: 16.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Kardiologiya