Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək xəstəliklərində MR testi

Günümüzdə ürək xəstəliklərinin qiymətləndirilməsi MR (maqnetik rezonans göstərmə) testi ilə müəyyən edilir. MR testi bədənin daxilini görmək üçün böyük maqnitlər və radio tezlik dalğalarından istifadə ilə aparılır. Bu zaman insan heç bir rentgen şüalarına məruz qalmır. Bu texnologiya ürək döyüntülərindən məlumat əldə edərək, nasos dövrü müddətində ürəyin görünüşünü meydana gətirir.
Həkimlər ürək, ağciyərlər, şah damarlar və perikardiumu (ürəyin xarici astarı) ehtiva edən sinə quruluşunun anatomiyasını və funksiyalarını qiymətləndirmək üçün bu testi tətbiq edirlər. Bundan əlavə MR testi urəkdəki tac arteriya xəstəliklərinin, ürək şişlərinin, ürək qapaqcığı xəstəliyinin, ürək əzələsi xəstəliyinin (kardiomiopatiya) və anadangəlmə ürək qüsurları kimi xəstəliklərin müəyyən olunmasında istifadə edilir. Lakin bəzi sağlamlıq vəziyyətləri MR testinə maneə törədə bilər.
Bura implant ürək batareyası və ya defibrilyator, köhnə Starr-Edwards modeli ürək qapaqçığı implantı, hamiləlik, implant insulin nasosu, narkoz nasosu və ya kürək ağrılarından istifadə olunan cihaz, eşitmə qüsurlarına qarşı koklear (qulaq) implantı və s. aid edilir.
Əgər yuxarıda sadalanan sağlamlıq vəziyyətləri varsa MR testindən əvvəl həkiminizə bunu mütləq bildirin.


Tarix: 16.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Kardiologiya
loading...