Dişini təmizləməyənlərin ürək problemi olur
Britaniya alimləri deyirlər ki, dişləri gündə iki dəfə təmizləməyən adamların ürəyində problemlərin yaranması ehtimalı çox olur.
Şotlandiyada aparılmış araşdırma dişləri təmizləməklə ürək və iflic arasında əlaqəni ilk dəfə ortaya çıxaran tədqiqatdır.
Onun qənaətinə görə, dişlərini gündə bir dəfədən az təmizləyən insanlarda ürək problemləri ehtimalı, gündə dişlərini iki dəfə təmizləyənlərdən 70 faiz çox olur.
Alimlər hesab edirlər ki, ağızda iltihaba səbəb olan bakteriya qanla damarlara gedərək, arteriyalarda tıxacların yaranmasını şiddətləndirir.
Tarix: 16.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Kardiologiya
loading...