Qışda infarktolma ehtimalı daha çoxdur
Araşdırmalar qış aylarında infarktolma ehtimalının digər fəsillərlə müqayisədə üç dəfə artdığını göstərir.
Ürəyi xəstə olanların qışda da gecə corab geyməsinin vacibliyini ifadə edən mütəxəssislər ayaq-damar tutulmaları olanlara da soyuq havada yun corab geyməyi məsləhət görürlər.
Mütəxəssislər həmçinin bildirirlər ki, qış aylarında səhər saatları ürək çatışmazlığı və yüksək təzyiqi olanlar üçün ən təhlükəli saatlardır.
Digər tərəfdən, qış aylarında taxıllı qidalara, həmçinin meyvə-tərəvəzlərə daha çox üstünlük vermək və ağır kalorili qidalardan imtina etmək lazımdır.
Tarix: 16.01.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Kardiologiya
loading...