Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stress geni infarkt riskini artırır

Amerikalı elm adamlarının tədqiqatlarına görə gen mutasiyası daşıyan ürək xəstələri stressin təsirlərinə daha çox məruz qalır.
Bu insanlarda infarkt keçirmə ya da ölüm riski 38% qədər arta bilər. Tədqiqat stressin ürək xəstəlikləri riskini birbaşa artıra biləcəyini sübut edib.
Duke Universitetinin elm adamları, 7 il boyunca təxminən 6 min insanın məlumatlarını araşdırıb. Gendəki mutasiya, stress halında olan insanın bədənində kimyəvi siqnal zənciri kimi reaksiyaları başlatdığı , bu reaksiyaların kortizol adı verilən bir hormonun səviyyəsini artırdığı, kortizol çoxluğunun qan damarlarında kalsiumun yığılmasına gətirib çıxararaq infarkt riskini artırdığı bildirilrir.
Tapıntıların gen xəritəsinə görə risk qrupundakı şəxslərin təyin olunması yolunda irəliyə atılmış bir addım olduğunu ifadə edən tədqiqatçılardan Redford Williams, risk qrupundakı şəxslərə xüsusi dərmanların inkişaf etdirildiyini bildirib.
Tədqiqatın nəticələri "PLoS One" jurnalında dərc olunub.


Tarix: 16.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Kardiologiya
loading...