Kardiologiya → Ürək üçün ən faydalı ərzaqların siyahısı hazırlanıb
Fiziki aktivliyin çatışmazlığı və balanslaşdırılmamış qida rasionu ilə fərqlənən müasir həyat tərzi isə ürək xəstəliklərinin inkişafı riskini artırır. Lakin dietoloqların sözlərinə görə, rasiona on super-ərzaq daxil etməklə vəziyyəti düzəltmək mümkündür. Bu barədə "Zeenews" yazır.
E vitamini və doymamış yağ turşuları ilə zəngin olan zeytun bu ərzaqlar arasındadır. Zeytun təzyiq və xolesterinin göstəricilərini aşağı salmağa kömək edir. Ondakı fenol birləşmələrinin yüksək qatılığı isə iltihabı aradan qaldırır, trombların yaranmasının qarşısını alır və oksidləşdirici stressdən müdafiə edir.
Bütöv dənli bitkilər insultdan xilas edir, axı sellüloz yüksək xolestrin, insulin və qandakı şəkərlə mübarizə aparır. Nəticədə damarlar öz funksiyasını daha yaxşı yerinə yetirir, orqanizmdə isə iltihab inkişaf etmir. Ardı »