Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naringi ürək xəstəlikləri üçün faydalıdır

Mandarin təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir.
Bu barədə mail.ru saytı məlumat verir.

Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, mandarinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır. Bu isə o deməkdir ki, mandarindən istifadə ürək-damar xəstəliklərinin və diabetin qarşısının alınması üçün gözəl üsuldur.

Bundan əlavə, alimlər qeyd edirlər ki, mandarin bizim orqanizmimizi vitaminlərlə zənginləşdirir, iştahanı artırır və həzmi sürətləndirir.


Tarix: 16.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Kardiologiya
loading...