Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarpız infarktı önləyirmiş

Yaz və yay aylarında tez-tez istifadə edilən qarpızın yüksək təzyiq və ürək böhranını önlədiyi bildirilir.
Belə ki, qarpızda olan laykopen adlı maddə insan bədənində kanserogen təsiri meydana gətirən maddələrə qarşı təsirli hesab olunur.
Həmçinin verilən məlumatda bildirilir ki, qarpızın tərkibində olan kalium qan dövranında olan natriumun böyrək yolu ilə atılmasını təmin edir.
Başqa sözlə onun təzyiqə və böyrəklərin daha yaxşı funksional hala gəlməsinə faydası var. Eyni zamanda ürəyə olan yükü azaltdığı da bildirilir.
Bədənə sərinlik gətirən və sidikqovucu xassəyə malik olan qarpız həmçinin öd ağrılarının azaldılmasında və susuzluğun aradan qaldırılmasında əhəmiyyətli hesab olunur.
Lakin məlumata görə Batman Region Dövlət Xəstəxanasında müdir kimi fəaliyyət göstərən Dr. Adnan Tuna, isti aylarda tez-tez istifadə edilən qarpız mövzusunda xəbərdarlıq edib. Xüsusilə dieta saxlayan vətəndaşlar qarpız yeyərkən pendirlə yeməmələri məsləhətdir, çünki pendir qarpızla yeyildiyi təqdirdə həddindən artıq çəki toplanmasına gətirib çıxarır" deyə bildirmişdir. Onun sözlərindən aydın olur ki, qarpızın tumları bağırsaq tıxanmalarına gətirib çıxarır.
Bu baxımdan qarpızı tumları ilə birlikdə istifadə etmək orqanizim üçün zərərli hesab olunur.


Tarix: 16.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Kardiologiya
loading...