Oxford Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, iltihaba qarşı effektə malik diklofenak və ibuprofen kimi ağrıkəsici dərmanların tez-tez qəbulu ürək tutmaları riskini artırır.
353 min xəstəlik tarixçəsini nəzərdən keçirən tədqiqatçılara əsasən ağrıkəsicilərin istifadəsi hər il 1 min xəstədən üçündə infarkta gətirib çıxarır.
Öz növbəsində bu 3 haldan birində pasienti xilas etmək mümkün olmur.
Lakin alimlər nadir hallarda ağrıkəsici qəbul edənlərin narahatlıq keçirməyə səbəb olmadığını deyiblər.
"Biz apteklərdən reseptsiz aldığınız aşağı dozalardan bəhs etmirik" Oxford Universitetinin Epidemioloji Tədqiqatlər Mərkəzindən pofessor Colin Baigent yeni araşdırmanın nəticələri barədə BBC-nin Today programmına deyib.
Araşdırma nəticələri "Lancet" dərgisində dərc olunub.
Tarix: 16.01.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Kardiologiya