Danimarka alimlərinə görə göz qapağındakı sarımtıl rəngli törəmələr infarkt və digər ürək xəstəlikləri riskinin əlamətidir.
Elmi dildə ksantelazma adlanan bu törəmələr piy əlavələrinin boşluqlara toplanması nəticəsində əmələ gəlir.
BMJ jurnalinda dərc edilmiş elmi tədqiqatın nəticələrinə istinadən gözlərində ksantelazma olan pasiyentlərin infarkt keçirmək riski 48 faiz artır.
Əsasən xolesterindən ibarət ksantelazma vücudda piyləşmə səviyyəsinin yüksək olmasından xəbər verir.
Damarların iç üzünün xolesterin layı ilə örtülməsi onları daraldaraq qan dövriyyəsini çətinləşdirir.
Nəticədə insult və infarkt riski artır.
Tədqiqat müəllifləri ümid edirlər ki, araşdırma nəticələri xəstəliyin erkən müayinəsinə imkan verəcək.
12745 adamın iştirak etdiyi tədqiqat 1970-ci illərdə Kopenhaqen yaxınlığındakı tibbi kompleksdə başlayıb.
Həmin dövr ksantelazma 4.4 faiz xəstədə müəyyən edilmişdir.
Bundan 33 il keçmiş müşahidə edilən 1872 pasiyent infarkt keçirib, 3699 nəfərdə ürək-damar sistemi xəstəliyi inkişaf edib və 8507 adam keçinib.
Ksantelazmaya malik xəstələrdə infarkt riski 48 ürək xəstəliyi ehtimalı isə 39 faiz təşkil edib.
Beləliklə ksantelazmaya malik xəstələrin yüksək risk qrupuna aid oluqları müəyyən edilib.
Tarix: 16.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Kardiologiya