İsveçdə tibb aləmində inqilab edə biləcək iki yeni peyvənd təqdim edilib. Biri infarkta, digəri isə soyuqdəyməyə qarşı olan iki peyvənd hazırlanıb. Mütəxəssislər infarkta qarşı olan iynənin ölüm hallarını 1/3 dəfə azaldacağını iddia edirlər.
Karolinska İnstitutunda aparılan araşdırmalardan sonra əldə edilən vaksindən hələlik yalnız siçanlar üzərində təcrübələrdə istifadə edilir. Əgər insanlar üzərində yaxın müddətdə aparılacaq təcrübələr müsbət nəticələr verərsə, 3-5 il ərzində peyvənddən kütləvi şəkildə istifadəyə başlanılacaq.
"Ürək peyvəndi" bədəndəki xolestrolu təsirsiz hala salaraq infarktın qarşısını almaq məqsədi daşıyır. Soyuqdəyməyə qarşı olan peyvənd isə gələn ildən satışa çıxarılmalıdır.
Tarix: 16.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Kardiologiya