Qıymalı mərcimək şorbası resepti
Tərkibi:
1,5 su stəkanı qırmızı mərcimək
1 ədəd quru soğan
2 Diş sarımsaq
1 Ədəd kartof
1 Ədəd kök
50 qr qıyma
Duz, qara bibər, pul bibər
1/2 yemək qaşığı tomat
2 yemək qaşığı fındıq yağı
1-1,5 lt Su
Hazırlanması:
Bir qazana qıymanı alıb, suyu quruyana qədər qovururuq.
Soğanları və sarımsaqları yeməklik doğrayıb qıymaya əlavə edirik.
Qovrulan soğanlara doğradığımız kök və kartof, mərciməyi və tomatı əlavə edirik.
1-2 dəqiqə ocaqda çevirdikdən sonra suyunu əlavə edib, qazanın qapağını bağlayırıq.
15 dəqiqə sonra bişən şorbanı blendirdən keçirib, servis edə bilərsiniz.
Nuş olsun!
Tarix: 29.11.2014 / 12:54 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şorbalar ve Helimler
loading...